Aİ Rusiyadan aldığı qazın həcmini azaldıb

Cozep Borrel

© APA | Cozep Borrel

# 30 iyul 2022 02:12 (UTC +04:00)

Ukrayna münaqişəsi başlayandan Avropa İttifaqı (Aİ) Rusiyadan aldığı qazın həcmini yarıbayarı azaldıb.

APA-nın xəbərinə görə, bunu Almaniyanın “Deutsche Welle” radiosuna müsahibəsində Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel deyib.

“Əgər müharibəyə qədər Aİ-nin enerji daşıyıcılarının 40%-ni Rusiya təmin edirdisə, hazırda bu rəqəm 20%-dir. Avropa ölkələrindən bir gecədə rus qazının alışını dayandırmağı tələb etmək olmaz. Biz möcüzə yarada bilmərik” – deyə komissar bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR