Aİ Rusiyadan neft idxalının 90%-ni ilin sonunadək qadağan edəcək

Aİ Rusiyadan neft idxalının 90%-ni ilin sonunadək qadağan edəcək
# 31 may 2022 10:30 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) liderləri prinsipcə Rusiyadan neft idxalına qadağa qoyulması ilə bağlı razılığa gəliblər.

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, bunu Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen bildirib.

“Mən çox şadam ki, liderlər altıncı sanksiyalar paketi ilə bağlı prinsipcə razılıq əldə edə biliblər. Şura indi Rusiyadan bütün neft idxalının təxminən 90%-nin ilin sonunadək qadağan edilməsi ilə bağlı işləri yekunlaşdıra bilər. Bu irəliyə doğru vacib bir addımdır. Boru kəmərləri ilə nəql olunan yerdə qalan 10%-ə bağlı məsələyə isə tezliklə qayıdacağıq”, - von der Leyen jurnalistlərə açıqlamasında qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR