AK Ukraynanın Aİ-yə üzvlük müraciətinə iyunun 15-də rəy verəcək

AK Ukraynanın Aİ-yə üzvlük müraciətinə iyunun 15-də rəy verəcək
# 31 may 2022 20:32 (UTC +04:00)

Avropa Komissiyası (AK) Ukraynanın Avropa İttifaqına (Aİ) namizədliyi ilə bağlı rəy verəcək.

APA xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Ketrin Kolonna Varşavada keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, rəy iyunun 15-də veriləcək.

“Biz Ukraynanın Avropa ailəsindəki yerini müzakirə etdik. Bu məsələ Avropa Şurasının iyunun 23-24-də keçiriləcək iclasında müzakirə olunacaq”.

Nazirin sözlərinə görə, iclasda Ukraynanın Aİ üzvlüyünə namizəd kimi tanınması ilə bağlı müraciəti müzakirə olunacaq.

Aİ ölkələri isə bu məsələ ilə bağlı AK-nin rəyini gözləyir.

Bundan əvvəl İtaliyanın baş naziri Mario Draqi bildirmişdi ki, hazırda bir sıra dövlətlər Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsinin əleyhinədirlər.

Ukrayna Avropa Birliyinə üzvlük üçün fevral ayında müraciət edib.

Ukraynadan sonra Moldova və Gürcüstan Aİ-yə üzvlük üçün ərizə təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR