AKP sözçüsü: “Yunanıstanın Türkiyəni hədəf alan bəyanatları qəbuledilməzdir”

AKP sözçüsü: “Yunanıstanın Türkiyəni hədəf alan bəyanatları qəbuledilməzdir”
# 03 iyun 2022 16:43 (UTC +04:00)

Yunanıstanın Türkiyəni və Prezidentini hədəf alan bəyanatları qəbuledilməzdir. Bu təhqiramiz təbliğatla nəyəsə nail olmaq mümkün deyil. Yunanıstan hökuməti digər ölkələrə Türkiyə qarşı şikayət ərizələri yazmaqla problemləri həll edə bilməz.

APA-nın İstanbul müxbirinin xəbərinə görə, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik bildirib.

O qeyd edib ki, Türkiyənin fəaliyyəti ölkənin suveren hüquqları və qanunlarına əsaslanır.

“Yunanıstan bizim hüquq və maraqlarımıza qarşı etdiyi sözlərdə diqqətli olmalıdır. Digər ölkələrin çox sayda bəyanatları bizim suverenliyimiz və qanun qarşısında heç bir məna kəsb etmir. Yunanıstan başqa ölkələrdən aldığı dəstəyin müqabilində onların nə qarşılıq gözlədiyini dəyərləndirməlidir. Anlamalıdır ki, ən etibarlı yol Türkiyə ilə masa arxasında problemləri həll etməkdir. Yunanıstan adaların silahlanması ilə qeyri-qanuni yola üstünlük verir”,- deyə o qeyd edib.

Bundan əlavə, Çelik Yunanıstanın qanunsuzluğunu qəbilə həmrəyliyi məntiqi ilə dəstəkləyən ölkələrin Türkiyə-Yunanıstan münasibətləri ilə bağlı heç də yaxşı niyyətlərinin olmadığını, Fransanın davamlı təxribatçı bəyanatlarının isə diplomatik həll yollarını sarsıtdığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR