Almaniya Britaniyadan gələnlər üçün məhdudiyyətləri sərtləşdirib

Almaniya Britaniyadan gələnlər üçün məhdudiyyətləri sərtləşdirib
# 20 dekabr 2021 13:10 (UTC +04:00)

Almaniya Böyük Britaniyadan səyahət edən şəxslər üçün məhdudiyyətləri sərtləşdirib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, Omicron ştamının yayılmasının qarşısını almaq üçün Almaniya da Britaniyadan səyahət edən şəxslərə qadağa qoyan Avropa ölkələrinin sırasına qoşulub.

Yeni qaydalara görə, yalnız Almaniya vətəndaşları olan şəxslər Britaniyadan Almaniyaya səyahət edə biləcək.

Onlar uçuşdan 48 saat öncə neqativ PCR testinin nəticəsini almaqla vaksin statusundan asılı olmayaraq iki həftə müddətində özlərini təcrid etməli olacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR