Almaniya XİN başçısı Rusiyaya xəbərdarlıq edib

Annalena Berbok

© APA | Annalena Berbok

# 25 aprel 2022 18:30 (UTC +04:00)

Almaniyanın xarici işlər naziri Annalena Berbok Rusiyanın ölkəsinin 40 diplomatını "persona non grata" elan etməsinə münasibət bildirib.

APA xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok "Twitter"də bildirib.

“Rusiyanın 40 diplomatımızı ölkədən çıxarmasına haqq qazandırmırıq. Getdikcə daha çox artan xoşagəlməz şərtlərə baxmayaraq, bizim həmkarlarımız Rusiyada şəffaflıqla, səmimi maraqla və işlərinə sadiq şəkildə çalışıblar. Rusiya bu addımlarla daha çox özünə zərər verir. Bizim səfirliyin əməkdaşlarından fərqli olaraq, 3 həftə əvvəl ölkəmizdə "arzuolunmaz şəxs" elan olunan Rusiya səfirliyinin əməkdaşları diplomatiya xidmətində bir gün də qalmadılar. Onların fəaliyyəti Almaniyada sığınacaq axtaranların hamısının həyatını təhdid edirdi - biz buna daha dözə bilməzdik və gələcəkdə də dözməyəcəyik”, - Annalena Berbok bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR