Almaniyada qaz anbarlarının dolması sürətlənib

Almaniyada qaz anbarlarının dolması sürətlənib
# 29 avqust 2022 04:45 (UTC +04:00)

Rusiyadan gələn qazın həcmin kəskin azalsa da, qaz anbarları nəzərdə tutulandan daha sürətlə dolur.

APA-nın Bild nəşrinə istinadla məlumatına görə, bunu Almaniyanın İqtisadiyyat naziri Robert Habek bildirib.

Nazir qeyd edib ki, məqsəd oktyabrda anbarlarda doluluq səviyyəsini 85%-ə çıxarmaqdır. Lakin bu səviyyəyə yaxın günlərdə nail olunacaq. Hazırda anbarların 82%-i doludur.

Qeyd edək ki, qaz anbarlarının sürətli doldurulması üçün Almaniyada yay aylarında ciddi qənaət tədbirləri həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR