Ankarada Çavuşoğlu-Lavrov görüşü başlayıb

Lavrov, Çavuşoğlu

© APA | Lavrov, Çavuşoğlu

# 08 iyun 2022 11:17 (UTC +04:00)

Rusiya və Türkiyə xarici işlər nazirlərinin görüşü başlayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya XİN başçısı Sergey Lavrov Ankarada səfərdədir.

O, türkiyəli həmkarı Mövlüd Çavuşoğlu ilə Ukrayna, Suriya, Əfqanıstan böhranını, eləcə də Ukrayna taxılının ixracı məsələsini müzakirə edəcək.

Rusiya XİN Lavrov-Çavuşoğlu görüşündə Qarabağ nizamlanmasının da müzakirə olunacağını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR