Anomal istilərə görə İspaniya və Portuqaliyada 1700-dən çox insan ölüb

Anomal istilərə görə İspaniya və Portuqaliyada 1700-dən çox insan ölüb
# 24 iyul 2022 00:34 (UTC +04:00)

Anomal istilər təkcə İspaniya və Portuqaliyada 1700-dən çox insanın həyatına son qoyub.

APA-nın xəbərinə görə, bu açıqlama ilə Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Kluge çıxış edib.

Kluge bildirib ki, statistika nisbidir və dəqiq rəqəmlər 2 həftə sonra məlum olacaq. Bununla belə, real rəqəmin artıq rəsmi statistikanı üstələdiyi şübhə doğurmur.

Kluge qeyd edib ki, yay mövsümünün başa çatmasına hələ çox var. Şiddətli istilər insanlarda gizli gedən xəstəliklərin aşkara çıxmasına və vaxtsız ölümlərə səbəb olur. Uşaqlar və yaşlı insanlar risk qrupuna daxildir.

“İstilik öldürür. Son 10 ildə yüz minlərlə insan anomal istilər və onunla üst-üstə düşən meşə yanğınları nəticəsində həyatını itirib” – deyə regional direktor vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR