Araxamiya: Belarusdan yeni cəbhə açılsa, Ukrayna səfərbərliyi sürətləndirməli olacaq

David Araxamiya

© APA | David Araxamiya

# 27 mart 2023 13:55 (UTC +04:00)

Ukraynaya qarşı Belarusdan yeni cəbhə açılsa əgər, ona nəzarət etmək üçün Ukrayna ordusuna daha çox hərbçi cəlb edilməli olacaq.

APA xəbər verir ki, bu barədə Ukrayna Ali Radasında “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya “Sky News”a müsahibəsində deyib.

Araxamiya səfərbərlik haqda fikir bildirib: "Yeni cəbhə açılarsa, biz səfərbərliyi sürətləndirməli və daha çox insanı orduya cəlb etməli olacağıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR