AŞPA nümayəndələri Türkiyədə seçkilərin ikinci turunu müşahidə edəcək

AŞPA nümayəndələri Türkiyədə seçkilərin ikinci turunu müşahidə edəcək
# 23 may 2023 13:24 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvlərindən ibarət nümayəndə heyəti Türkiyədə keçiriləcək prezident seçkilərinin ikinci turunu müşahidə edəcək.

APA xəbər verir ki, bu barədə AŞPA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Frank Şvabenin (Almaniya, SOC) rəhbərlik etdiyi AŞPA üzvlərindən ibarət 17 nəfərlik nümayəndə heyəti prezident seçkilərinin ikinci turunu müşahidə etmək üçün 26-29 may tarixində Türkiyədə səfərdə olacaq. Onlar ATƏT Parlament Assambleyasının və ATƏT-in DTİHB-nin müşahidəçiləri ilə birgə seçkini izləyəcəklər.

Nümayəndə heyəti Ankarada səsvermə günü səsverməni müşahidə etməzdən əvvəl prezidentliyə namizədlərin nümayəndələri, eləcə də bir sıra seçki analitikləri ilə görüşəcəklər.

Xatırladaq ki, AŞPA-nın 33 nəfərlik nümayəndə heyəti də daxil olmaqla beynəlxalq müşahidəçilər mayın 14-də seçkinin birinci turunu müşahidə edərək ilkin nəticələri açıqlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR