Avropa Komissiyası Ukraynaya 1 milyard avroluq kredit köçürüb

Avropa Komissiyası Ukraynaya 1 milyard avroluq kredit köçürüb
# 02 avqust 2022 23:20 (UTC +04:00)

Avropa Komissiyası (AK) iyulda razılaşdırılmış 1 milyard avroluq makro-maliyyə kredit paketinin Ukraynaya transferini başa çatdırıb.

APA xəbər verir ki, bu barədə AK-in yaydığı məlumatda deyilir.

“Avropa Komissiyası Ukraynaya 1 milyard avroluq makromaliyyə yardım proqramından 500 milyon avroluq ikinci tranşı köçürüb. Avqustun 1-də 500 milyon avroluq birinci tranş köçürülüb”, - deyə AK bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR