Avropa Komissiyası von der Leyenin müraciətindən 100 min Ukrayna hərbçisinin öldüyünə dair hissəni silib - YENİLƏNİB

Avropa Komissiyası von der Leyenin müraciətindən 100 min Ukrayna hərbçisinin öldüyünə dair hissəni silib - YENİLƏNİB
# 30 noyabr 2022 15:03 (UTC +04:00)

Avropa Komissiyası Ursula von der Leyenin videomüraciətindən Ukraynanın müharibə nəticəsində 100 mindən çox hərbçi itirməsi ilə bağlı hissəni silib.

APA xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin bu gün səhər yayımlanan videomüraciətində Rusiyanın hücumu nəticəsində 20 mindən çox mülki şəxsin və 100 mindən çox Ukrayna hərbçisinin həlak olması ilə bağlı məlumat yer alıb.

Bir qədər öncə həm Avropa Komissiyasının saytında, həm də Ursula von der Leyenin rəsmi "Twitter" hesabında videonun həmin hissəsi silinib.

***

12:10

Ukrayna müharibə başlayandan 100 mindən çox hərbçisini itirib.

APA xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen videomüraciətində deyib.

O, Rusiyanın törətdiyi cinayətlərin bədəlini ödəməli olduğunu vurğulayıb: “Rusiyanın Ukraynanı işğal etməsi ölümə, dağıntılara, sözlə deyilə bilməyən əzablara səbəb olub. Biz hamımız Buça dəhşətlərini xatırlayırıq. Bu vaxtadək 20 mindən çox mülki şəxsin və 100 mindən çox ukraynalı hərbçinin həlak olduğu təxmin edilir. Rusiya bu dəhşətli cinayətlərin bədəlini ödəməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR