Avropa Komissiyasının Prezidenti Macarıstan Baş naziri ilə görüb - YENİLƏNİB

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və  Macarıstanın Baş naziri Viktor Orban

© APA | Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və Macarıstanın Baş naziri Viktor Orban

# 09 may 2022 21:55 (UTC +04:00)

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Macarıstanın Baş naziri Viktor Orbanla görüşüb.

APA xəbər verir ki, görüş Avropa Komissyasının Prezidentinin Macarıstana səfəri çərçivəsində baş tutub.

Tərəflərin Avropanın təhlükəsizliyi və enerji təchizatı məslələrini müzakirə edəcəyi gözlənilir.

***

Saat 18:19

***

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bu gün Macarıstana səfər edəcək.

APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidentinin sözçüsü Erik Mamer bildirib.

Prezident von der Leyen Macarıstan Baş naziri Viktor Orbanla görüşmək üçün bu gün Macarıstana səfərə gedir.

“Onlar enerji təchizatı, Avropanın təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə edəcək", mətbuat katibi bildirib.

Qeyd edək ki, Macarıstan Aİ-nin Rusiya nefti ilə bağlı embarqo təklifinə etiraz edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR