Avstriya xarici işlər naziri Aleksandr Şallenberq və Çexiya xarici işlər naziri Jan Lipavski Ukraynaya səfər edib.
APA xəbər verir ki, bu barədə Avstriya XİN başçısı "Twitter"də bildirib.
“Rusiyanın qəddar işğalçı müharibəsinin bu gözəl ölkəyə və onun xalqına nələr etdiyini görmək sarsıdıcıdır. Biz Ukraynanın yanında olmağa davam edəcəyik”, - avstriyalı nazir qeyd edib.