Baş nazir Şmıqal ötən il Ukraynaya ayrılan maliyə yardımlarının miqdarını açıqlayıb

Ukrayna Baş naziri Denis Şmiqal

© APA | Ukrayna Baş naziri Denis Şmiqal

# 06 yanvar 2023 18:01 (UTC +04:00)

2022-ci ildə ABŞ Ukraynaya 410 milyard Ukrayna qrivnası məbləğində yardım edib.

APA “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal hökumətin iclasında bildirib.

"Əgər ən böyük yardımdan danışsaq, o zaman qeyd etməliyəm ki, bunu ABŞ edib, 410 milyard Ukrayna qrivnası (UAH) ayırıb. Avropa İttifaqı ölkələri və onun qurumları Avropa İnvestisiya Bankı ilə birlikdə 390 milyard UAH ayırıb, 88 milyard UAH Beynəlxalq Valyuta Fondundan alınıb. Kanada 60 milyard, Böyük Britaniya 35 milyard, Dünya Bankı 34 milyard, Yaponiya 17 milyard Ukrayna qrivnası ayırıb. Bir çox başqa tərəfdaşlarımız da yardım ayırıb", - Şmıqal deyib.

O, ötən il Ukraynaya maliyyə dəstəyi göstərən bütün ölkələrin hökumətlərinə və xalqlarına təşəkkür edib.

"Bunun sayəsində biz pensiyaları, sosial müavinətləri, müəllimlərin və ya həkimlərin maaşlarını bir gün belə gecikdirmədik. Biz bütün bu xərcləri tam və vaxtında maliyyələşdirdik", - Şmıqal qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR