Belarusda Nobel mükafatı laureatına 10 il həbs cəzası verilib

Belarusda Nobel mükafatı laureatına 10 il həbs cəzası verilib
# 03 mart 2023 17:05 (UTC +04:00)

Minsk məhkəməsi bu gün Nobel mükafatı laureatı Ales Belyatski 10 il müddətinə azadlıqdan məhrum edilib.

APA xəbər verir ki, bu barədə "Belta" agentliyi məlumat yayıb.

Nobel mükafatı laureatı Ales Belyatski ilə birlikdə, "Vesna" hüquq müdafiə təşkilatının üzvləri - Valiantsin Stefanoviç, Vladimir Labkoviç və Dmitri Solovyev barəsində də hökm çıxarılıb. Valiantsin Stefanoviç 9 il, Vladimir Labkoviç isə 7 il həbs cəzası alıb. Hazırda xaricdə olan Dmitri Solovyev isə 8 il həbs cəzası alıb.

Onlar vergidən yayınmaqda ittiham olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR