Britaniyanın yeni Baş Nazirinin adı məlum olub

Britaniyanın yeni Baş Nazirinin adı məlum olub
  • Clock-gray 15:12
  • calendar-gray 23 İyul 2019

Böyük Britaniyanın yeni Baş Nazirinin adı məlum olub.

APA-nın London bürosunun xəbərinə görə, sabiq Xarici İşlər naziri Boris Conson Mühafizəkarlar partiyasının sədri və ölkəsinin yeni Baş Naziri seçilib.

O, səslərin 66 faizini toplayaraq öz rəqibini qabaqlayıb. B. Conson vəzifəsinin icrasına sabah başlayacaq. 

B. Consonun Baş Nazir seçilməsi ilə Britaniya hökumətində yeni istefaların olacağı gözlənilir. Belə ki, Baş Nazirin adının açıqlanacağı ərəfədə Böyük Britaniyanın Avropa və Amerika Məsələləri üzrə naziri Alan Dunkan istefa verib. 

Qeyd edək ki, Baş Nazir və Mühafizəkarlar partiyasının sədri vəzifələri uğrunda B. Conson və hazırkı Xarici İşlər naziri Ceremi Hunt mübarizə aparırdılar.

Xatırladaq ki, bu ilin may ayında Böyük Britaniyanın Baş Naziri Tereza Mey istefa verib.

Aytən Abbaslı

Digər xəbərlər

Arxiv

date