Böyük Britaniya Ukraynaya əlavə 1,6 milyard dollar ayıracaq

Böyük Britaniya Ukraynaya əlavə 1,6 milyard dollar ayıracaq
# 08 may 2022 03:38 (UTC +04:00)

Böyük Britaniya hökuməti Ukraynaya əlavə hərbi, iqtisadi və humanitar yardım göstərmək üçün 1,3 milyard funt sterlinq (1,6 milyard dollar) ayıracaq.

APA xəbər verir ki, bu barədə Böyük Britaniya Xəzinədarlığının rəhbəri Rişi Sunakın yaydığı bəyanatda deyilir.

“Biz Ukrayna xalqına dəstəkdə sadiqik. Əlavə 1,3 milyard funt-sterlinq onların ehtiyac duyduğu hərbi və əməliyyat dəstəyini təmin etməyə kömək edəcək. Biz bu münaqişəyə son qoymaq üçün yorulmadan çalışırıq”,- deyə bəyanatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR