Böyük Britaniyanın Xarici İşlər Naziri Ceyms Kleverli Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi ilə Londonda görüşüb.
APA-nın Britaniya bürosu xəbər verir ki. Rafael Qrossi, Britaniyalı nazirə agentliyin missiyasına əvəzsiz dəstəyinə görə təşəkkür edib.
Onlar Zaporojye AES-də nüvə qəzasının qarşısının alınmasının vacibliyini, İrandakı vəziyyət və AUKUS çərçivəsində əməkdaşlıq haqqında müzakirələr aparıblar.