Britaniya Fransa ilə qanunsuz miqrasiyaya qarşı yeni razılaşma əldə edib

Britaniya Fransa ilə qanunsuz miqrasiyaya qarşı yeni razılaşma əldə edib
# 14 noyabr 2022 13:42 (UTC +04:00)

Böyük Britaniya Fransa ilə ölkəyə qanunsuz daxil olmağa çalışan şəxslərlə bağlı razılaşma əldə edib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, yeni razılaşmaya əsasən Fransanın şimalındakı sahillərdə patrul xidməti edən zabitlərin sayı 40% artırılacaq, yük maşınları vasitəsilə qeyri-qanuni girişin qarşısını almaq üçün Fransada liman təhlükəsizliyi infrastrukturuna investisiya ediləcək.

Böyük Britaniya Fransa sərhəd polisinə kömək etmək üçün etdiyi illik ödənişləri 54,8 milyon funt-sterlinqdən 63 milyon funt sterlinqə qaldıracaq.

Britaniyanın Baş naziri Rişi Sunak qeyri-qanuni miqrasiya ilə mübarizənin hökuməti üçün mütləq prioritet olduğunu deyib.

Qeyd edək ki, bu il indiyədək 40.000-dən çox insan İngilis kanalı üzərindən Britaniyaya qanunsuz daxil olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR