Britaniya kəşfiyyatı: Rusiyanın ən elit bölmələrindən bəziləri ciddi itkiyə məruz qalıb

Britaniya kəşfiyyatı: Rusiyanın ən elit bölmələrindən bəziləri ciddi itkiyə məruz qalıb
# 02 may 2022 10:20 (UTC +04:00)

Münaqişənin başlanğıcında Rusiya bütün yerüstü döyüş qüvvələrinin təxminən 65 faizini təşkil edən 120-dən çox batalyon taktiki qruplarını döyüşə cəlb edib.

APA xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti məlumat yayıb.

Bildirilib ki, bu bölmələrin dörddə birindən çoxu döyüşlərdə təsirsiz hala gətirilib.

"Hava Desant Qüvvələri də daxil olmaqla, Rusiyanın ən elit bölmələrindən bəziləri ciddi itkiyə məruz qalıb. Rusiyaya bu qüvvələri bərpa etmək üçün illər lazım olacaq", - məlumatda vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR