Britaniya kəşfiyyatı: “Rusiyanın Mariupolda qeyri-bərabər hücumları onun məqsədinə çata bilmədiyini göstərir”

Britaniya kəşfiyyatı: “Rusiyanın Mariupolda qeyri-bərabər hücumları onun məqsədinə çata bilmədiyini göstərir”
# 19 aprel 2022 23:30 (UTC +04:00)

“Donbas nəzarət xətti üzrə Rusiyanın top atəşi və zərbələri artmaqda davam edir”.

APA-nın xəbərinə görə, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub.

Bildirilib ki, ukraynalılar Rusiya qüvvələrinin bir neçə hücum cəhdini dəf edib.

Əlavə olunub ki, əvvəllər də olduğu kimi ətraf-mühit, logistika və texniki problemlər Rusiyanın tərəqqi imkanlarına təsir etməyə davam edir.

Vurğulanıb ki, yüksək motivasiyalı Ukrayna Silahlı Qüvvələrinin qətiyyəti də Rusiyanın irəliləməsini çətinləşdirir.

“Rusiyanın Mariupolda müqaviməti aradan qaldıra bilməməsi və yerli mülki əhaliyə də zərər vuran qeyri-bərabər hücumları onun məqsədlərinə istədiyi qədər tez çata bilməməsinin davam etdiyinin göstəricisidir”, - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR