Britaniya kəşfiyyatı: Severodonetskdə küçə döyüşləri davam edir

Britaniya kəşfiyyatı: Severodonetskdə küçə döyüşləri davam edir
# 31 may 2022 11:03 (UTC +04:00)

Rusiya Liman şəhərinin ələ keçirilməsi, Severodonetskin mühasirəsi və Luqanskdakı Ukrayna qüvvələrinin mühasirəsi kimi əsas əməliyyat səylərini davam etdirir.

APA-nın xəbərinə görə, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, ağır top atəşinin davam etdiyi Severodonetskdə küçə döyüşləri gedir.

Məlumatda vurğulanıb ki, Rusiyanın Cənub Qüvvələr Qrupunun hissələri, şimaldan hücuma keçən Mərkəzi Qüvvələr Qrupunun da dəstəklədiyi sektorda ən uğurlu hücumları həyata keçirib.

Qeyd olunub ki, proqres ləng getsə də Rusiya qoşunlarının lokal nailiyyətləri var.

"Rusiyanın siyasi məqsədi güman ki, Donetsk və Luqansk vilayətlərinin bütün ərazisini işğal etməkdir. Buna nail olmaq üçün Rusiya Severodonetskdən başqa açar şəhər olan Kramatorsk və M04 Dnepr-Donetsk magistral yolu da daxil olmaqla, daha çətin əməliyyat hədəflərini təmin etməlidir", - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR