Britaniya kraliçası 96 yaşını qeyd edir

Britaniya kraliçası 96 yaşını qeyd edir
# 21 aprel 2022 07:58 (UTC +04:00)

Britaniya kraliçası II Elizabet 96 yaşını qeyd edir.

APA-nın xəbərinə görə, fevralda kraliçanın hakimiyyətə gəlməsinin 70 illiyi qeyd olunub.

Bu gün isə Londondan 200 kilometr məsafədə yerləşən Sandrinqhem qəsrində ad günü qeyd ediləcək. Londonda bu münasibətlə top atışı həyata keçiriləcək, hərbi orkestr marş ifa edəcək.

Britaniya mətbuatı kraliçanın ad gününü məhdud çərçivədə qeyd edəcəyini yazır. Bu da kraliçanın səhhəti ilə əlaqədardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR