Britaniya kraliçası Consonun istefasını qəbul edib

Britaniya kraliçası Consonun istefasını qəbul edib
# 06 sentyabr 2022 15:37 (UTC +04:00)

Boris Consonun istefası Britaniya kraliçası tərəfindən qəbul edilib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, Boris Conson Baş nazir postundan istefasını Böyük Britaniya kraliçası II Yelizavetaya Şotlandiyadakı Balmoral qəsrində təqdim edib.

Bukinqem Sarayı onun istefasının Böyük Britaniya kraliçası II Yelizaveta tərəfindən qəbul edildiyini bildirib.

Boris Consondan sonra isə Liz Trass kraliça ilə görüşmək üçün Balmoral qəsrinə gəlib. Liz Trass kraliça tərəfindən ölkənin növbəti Baş naziri kimi hökuməti qurmağa dəvət edilib.

Boris Conson Balmoral qəsrini tərk etdikdən bir neçə dəqiqə sonra Twitter-də tərcümeyi-halını dəyişərək "keçmiş baş nazir" sözlərini əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR