Britaniya Polşada HHM sistemlərini yerləşdirməyə davam edəcək

Britaniya Polşada HHM sistemlərini yerləşdirməyə davam edəcək
# 04 oktyabr 2022 15:57 (UTC +04:00)

Böyük Britaniya özünün “Sky Sabre” Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin Polşada yerləşdirilməsini davam etdirməyi qərara alıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Ben Uolles Polşada səfərdə olarkən deyib.

“Qeyd etmək istəyirəm ki, biz Britaniyaya məxsus orta mənzili HHM sistemlərinin Polşada yerləşdirilmə müddətinin uzadılmasını qərara almışıq və burada məqsəd Polşanın Ukraynaya kömək etdiyi halda özünün təhlükəsizliyinin təmin edilməsidir”, - nazir Polşa televiziyasının efirində bildirib.

Xatırladaq ki, Böyük Britaniya Polşanı dəstəkləmək və bu ölkənin hava məkanını təhlükəsizliyinin təmin edilməsi üçün orta mənzilli “Sky Sabre” HHM sistemi və əlavə olaraq 100 nəfərdən ibarət personal yerləşdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR