Brüsseldə aksiya iştirakçıları ilə polis arasında toqquşma olub - YENİLƏNİB

Brüsseldə aksiya iştirakçıları ilə polis arasında toqquşma olub - YENİLƏNİB
# 23 yanvar 2022 19:12 (UTC +04:00)

Brüsselin Avropa məhəlləsində karantin qaydalarına etiraz edənlərlə hüquq-mühafizə qüvvələrinin nümayəndələri arasında toqquşma baş verib.

APA bildirir ki, bu barədə TASS-ın müxbiri hadisə yerindən məlumat verib.

Məlumata görə, polis su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib.

Bir neçə yüz nümayişçi digər aksiyaçılardan ayrılaraq, Avropa Polisinin binası yaxınlığındakı polis kordonunu yarmağa çalışıb. Aksiyaçılar polisə fişəng və butulkalar atmağa başlayıb.

Polis su şırnaqları və gözyaşardıcı qazdan istifadə edərək bir qrup etirazçını qovub.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, qarşıdurma zamanı 10-a qədər adam saxlanılıb.

***

Saat 16:00

Brüsseldə bu gün pandemiya ilə bağlı karantin qaydalarına qarşı Avropa azadlıq nümayişi başlayıb.

APA bildirir ki, bu barədə TASS xəbər verir.

Asayişi qoruyan polis əməkdaşlarının bildirdiyinə görə, Belçika paytaxtının Şimal vağzalında on minlərlə insan toplaşıb.

İnsanlar əllərində bu şüarları tutublar: "Demokratiya azadlıqdır", "QR kodlara yox!", "Koronavirus Cəmiyyəti yoxdur!"

Aksiya həm sağ, həm də sol baxışlı fəalların daxil olduğu “EuropeansUnited” adlı (“Birləşmiş avropalılar”) qeyri-hökumət təşkilatı tərəfindən təşkil olunub.

Aksiyanın təşkilatçılarından birinin verdiyi məlumata görə, aksiyada Belçika, Fransa, Almaniya, Lüksemburq, Hollandiya, İspaniya, İtaliya sakinləri, eləcə də Brüsseldə yaşayan bir çox Aİ dövlətlərinin vətəndaşlarının nümayəndələri iştirak edirlər. Bildirilib ki, 100 mindən çox insanın küçələrə çıxacağı gözlənilir.

Aksiyanın keçirilməsinə şəhər rəhbərliyi tərəfindən icazə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR