Çavuşoğlu: ABŞ Türkiyə və Yunanıstanla münasibətdə balanslaşdırılmış siyasətini qorumalıdır 

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 21 iyul 2022 11:45 (UTC +04:00)

Amerika Birləşmiş Ştatları Türkiyə və Yunanıstanla münasibətdə balanslaşdırılmış siyasətini qorumalıdır.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici içlər naziri Mövlud Çavuşoğlu “TRT Haber”ə müsahibəsində deyib.

O qeyd edib ki, F-16-ların Türkiyəyə satışı məsələsində Yunanıstanın tələblərini irəli sürmək yolverilməzdir: “ABŞ Yunanıstana silah satdığı zaman Türkiyənin hava məkanını pozmamaq şərti qoyurmu? Türkiyə onun əlini-qolunu bağlayacaq bir anlaşmaya razılıq verə bilməz. Onsuz, bu sadəcə Konqresin Nümayəndələr Palatasının tələbidir. ABŞ rəhbərliyindən bu məsələyə müsbət cavab gəlir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR