Çavuşoğlu: "Erməni icması Türkiyənin ayrılmaz hissəsidir"

Çavuşoğlu: "Erməni icması Türkiyənin ayrılmaz hissəsidir"
# 09 iyun 2022 14:40 (UTC +04:00)

Erməni icması Türkiyənin ayrılmaz hissəsidir.

APA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter"də bildirib.

“Türkiyə ermənilərinin patriarxı Sahak Maşalyanla Erməni Apostol Kilsəsinin Vatikan nümayəndəsi Xacaq Barsamyanı qəbul etdik. Erməni icması ölkəmizin ayrılmaz hissəsidir. Biz erməni icmasının tanınmış nümayəndələri ilə dialoqumuzu və təmaslarımızı davam etdirəcəyik”, - Çavuşoğlu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR