Çavuşoğlu Pompeonun kitabında Türkiyəyə qarşı iddialarına cavab verib

Çavuşoğlu Pompeonun kitabında Türkiyəyə qarşı iddialarına cavab verib
# 26 yanvar 2023 12:49 (UTC +04:00)

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeonun qalmaqallı kitabında Türkiyəyə qarşı iddialarına cavab verib.

APA-nın İstanbul müxbiri xəbər verir ki, nazir kitabda dezinformasiyaya yer verildiyini qeyd edib.

"Düşünürəm ki, o, bu kitabı prezidentliyə namizədliyini irəli sürərkən və ya namizədliyi üçün kampaniyaya başlamaq üçün yazıb. Birincisi, bu iddialarla bağlı yalan məlumatlar var. Diplomatik danışıram. Siz bunu yalan olaraq da adlandıra bilərsiniz. Orada şişirtmə və ikili standart var. ABŞ-da terroru dəstəkləmək ağır cinayətdir, məhkəmə prosesinə məruz qalmamaq üçün dezinformasiyalar aparılır”, - deyə o bildirib.

Nazir, həmçinin, Türkiyənin İŞİD ilə mübarizədə gücünün yetmədiyinə dair iddianı rədd edərək, ölkəsinin İŞİD-ə qarşı üz-üzə döyüşən yeganə NATO ölkəsi olduğunu xatırladıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR