Çavuşoğlu: “Taxıl sazişi” dünyada taxılın qiymətini 8 faiz ucuzlaşdırıb

Çavuşoğlu: “Taxıl sazişi” dünyada taxılın qiymətini 8 faiz ucuzlaşdırıb
# 12 yanvar 2023 15:06 (UTC +04:00)

Taxıl dəhlizi vasitəsi ilə dünya bazarlarına göndərilən 17 milyon ton Ukrayna taxılının 5 milyon tonu Sahara səhrasının cənubundakı Afrika ölkələrinə çatdırılıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ruandaya səfəri çərçivəsində mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, bugünədək Ukrayna limanlarında gəmi ilə yola düşən taxılın 60 faizdən çoxu aşağı və orta gəlirli ölkələrə göndərilib.

Nazir Çavuşoğlunun sözlərinə görə, bu amillər dünya bazarlarında taxılın qiymətini 8 faizədək ucuzlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR