Cənubi Koreya Polşaya tank və artilleriya yollayıb

Cənubi Koreya Polşaya tank və artilleriya yollayıb
# 05 dekabr 2022 20:47 (UTC +04:00)

Cənubi Koreya Polşaya dəniz yolu ilə tank və artilleriya yollayıb.

APA xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşak Tvitterdə bildirib.

“”Koreyanın K2 tankları və K9 haubitsaları olan gəmi Qdansk limanına yaxınlaşır” – deyə nazir bildirib.

Qeyd edək ki, müqaviləyə əsasən Cənubi Koreya Polşaya 980 tank, 230 YARS və 48 təyyarə çatdırmalıdır. Müqavilənin ümumi dəyəri 12,4 milyard dollardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR