Çexiya gələn il NATO XİN başçılarının toplantısına ev sahibliyi etmək istəyir

Yens Stoltenberq - Yan Lipavski

© APA | Yens Stoltenberq - Yan Lipavski

# 27 mart 2023 17:02 (UTC +04:00)

Çexiya NATO Alyansına üzv olan ölkələrin Xarici İşlər Nazirliyi rəhbərlərinin gələn il keçiriləcək toplantısına ev sahibliyi etmək təklifini irəli sürüb.

APA xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Yan Lipavski “Twitter”də yazıb.

Lipavski NATO Baş katibi Yens Stoltenberqlə görüşü zamanı NATO-ya üzv ölkələrin XİN rəhbərlərinin qeyri-rəsmi görüşünü Çexiyada keçirməyə dəvət edib.

Nazir qeyd edib ki, ölkəsi Alyans ölkələrinin siyasətinin həyata keçirilməsində və inkişaf etdirilməsində fəal iştirak etmək istəyir:

"Praqa yenidən dünya xəritəsində göründü! Mən Yens Stoltenberqə təklif etdim ki, Çexiya gələn il NATO ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısına ev sahibliyi etsin".

Stoltenberq isə öz növbəsində çex nazirin təklifini qəbul edib.

Görüşdən sonra Lipavski jurnalistlərə bildirib ki, onlar dialoq zamanı həmçinin, Çin hökumətinin Tayvanla münasibətini, ümumilikdə Hind və Sakit okean regionlarındakı vəziyyəti müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR