Çexiya “Leopard 2” tanklarını Kiyevə verməkdən imtina edib

Çexiya “Leopard 2” tanklarını Kiyevə verməkdən imtina edib
# 24 yanvar 2023 19:39 (UTC +04:00)

Çexiya Almaniyadan əldə edəcəyi “Leopard 2” tanklarını Kiyevə verməkdən imtina edib.

APA xəbər verir ki, bu barədə Çexiyanın Baş naziri Petr Fiala bildirib. O, qeyd edib ki, Çexiya Kiyevə tədarük etdiyi T-72 tankları müqabilində Almaniyadan əldə edəcəyi “Leopard 2” tanklarını Kiyevə verməyəcək.

Baş nazir vurğulayıb ki, ölkənin müdafiə qabiliyyətinin qoruması üçün Çexiya ordusunun özü bu tanklara ehtiyac duyur.

Qeyd edək ki, daha əvvəl Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzeti Çexiya və Slovakiyanın Ukraynanın xeyrinə alman “Leopard 2” tanklarından imtina edə biləcəyini yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR