Cozep Borrell Donbasda təmas xəttinə gedəcək

Cozep Borrell Donbasda təmas xəttinə gedəcək
# 03 yanvar 2022 19:16 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukraynaya səfər edəcək.

APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir.

Ali komissarın 4-6 yanvar tarixlərində Ukraynada səfərdə olacağı, ölkənin şərqinə gedərək Donbasda təmas xəttinə baş çəkəcəyi qeyd olunub.

Bundan sonra, avropalı diplomat Kiyevdə hakimiyyət nümayəndələri ilə görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR