Ərdoğan İraqın Baş naziri ilə telefonla danışıb

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 10 yanvar 2023 21:20 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Məhəmməd Şia Sudani ilə telefon danışığı aparıb.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yaylıb.

Qeyd olunub ki, danışıq zamanı ikitərəfli münasibətlər müzakirə olunub.

Prezident Ərdoğan İraqın sabitliyi və ərazi bütövlüyünə əhəmiyyət verdiyini, PKK-nın İraq torpaqlarında mövcudluğuna son qoyulmağının bu ölkənin milli təhlükəsizlik məsələsi olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR