Ərdoğan Omicrona yoluxub - VİDEO

Rəcəb Tayyip Ərdoğan

© APA | Rəcəb Tayyip Ərdoğan

# 05 fevral 2022 16:20 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı yeni növ koronavirus (COVID-19) infeksiyasının Omicron ştamına yoluxub.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə dövlət başçısı sosial şəbəkə hesabında məlumat verib.

Ərdoğan bildirib ki, bu gün verdikləri COVID-19 testinin nəticəsi pozitiv çıxıb.

O, xəstəliyi yüngül keçirdiklərini qeyd edib.

Türkiyə Prezidenti fəaliyyətini evdə davam etdirəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR