Ərdoğan Putinlə "Taxıl sazişi"nin uzadılmasını müzakirə edəcək

Putin, Ərdoğan

© APA | Putin, Ərdoğan

# 16 noyabr 2022 10:16 (UTC +04:00)

“İndoneziyanın Bali adasında keçirilən G20 sammitindən sonra Rusiya Prezidenti Vladimir Putinlə telefon əlaqəsi saxlayacağam”.

APA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammitinin yekunları barədə mətbuat konfransında çıxışı zamanı bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, danışıq zamanı “Taxıl sazişi”nin uzadılması məsələsi müzakirə olunacaq. Bununla yanaşı, Rusiya istehsalı olan gübrə və ammiakın daşınması məsələsi də müzakirə mövzusu olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR