Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.
APA xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Türkiyə və Rusiya liderləri ikitərəfli əlaqələri, eyni zamanda, Rusiya-Ukrayna müharibəsindəki son prosesləri müzakirə edib.