Ərdoğan Türkiyədən Cənubi Qafqaza gedən yeni avtomobil tunelinin açılışını edib

Pirinkayalar tuneli

© APA | Pirinkayalar tuneli

# 29 dekabr 2021 15:36 (UTC +04:00)

Ərzurum vilayətinin Uzundərə rayonunu Artvin şəhəri ilə birləşdirən 2 246 metr uzunluğa malik Pirinkayalar avtomobil tuneli Qafqaz istiqamətinə yönələn əlaqələri də asanlaşdıracaq.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Türkiyə ilə Cənubi Qafqaz ölkələrini birləşdirəcək Pirinkayalar avtomobil tunelinin açılış mərasimində bildirib.

Qeyd edək ki, yeni avtomobil tuneli Türkiyədən Gürcüstan sərhədinə uzanan marşrutda mühüm keçid olacaq və şimal-şərqi Anadolunun dağlıq bölgələri ilə yükdaşımaları asanlaşdıracaq. Cənubi Qafqaz istiqamətində açılan yeni tunelin Türkiyənin bu bölgəsində turizmin inkişafına önəmli töhfə verəcəyi də gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR