Ərdoğan Türkiyənin Aİ-yə üzvlük prosesindən danışıb

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 09 may 2022 12:27 (UTC +04:00)

“Təməl dəyərlərindən uzaqlaşan və üzv dövlətlərin qısamüddətli siyasətlərinin təsiri altına düşən Avropa İttifaqının Ukrayna müharibəsi ilə özünə yeni bir hekayə yazmasının vaxtı çatıb”.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “9 May - Avropa günü” münasibətilə deyib.

O qeyd edib ki, maneələrə baxmayaraq, Türkiyənin səbr və qətiyyətlə davam etdirdiyi Aİ-yə tam üzvlük prosesi konstruktiv bir yanaşma ilə təşviq edilməlidir: “Türkiyə-Avropa İttifaqı əlaqələrinin hər sahədə inkişafı iki tərəfin də marağındadır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR