ADY ümummilli lider Heydər Əliyevin anadan olması münasibətilə qanvermə aksiyası təşkil edib - FOTO

ADY ümummilli lider Heydər Əliyevin anadan olması münasibətilə qanvermə aksiyası təşkil edib - FOTO
# 10 may 2024 15:59 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə inzibati binada qanvermə aksiyası təşkil edib.

Bu barədə “APA-Economics” “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir.

“Xoşməramlılıq dəyərimizdən yola çıxaraq Mərkəzi Qan Bankı ilə birgə keçirdiyimiz aksiyada ADY-nin müxtəlif xidmət sahələrindən onlarla əməkdaş fəal iştirak edib”, - ADY-nin məlumatında qeyd olunur.

Qanvermə aksiyasının əsas məqsədi talassemiya və hemofiliya kimi qan azlığı xəstəliklərindən əziyyət çəkən insanlara dəstək olmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR