Finlandiya Prezidenti Putin haqqında: “Mən daha onunla hokkey oynamayacağam”

Finlandiya Prezidenti Putin haqqında: “Mən daha onunla hokkey oynamayacağam”
# 30 iyun 2022 23:45 (UTC +04:00)

Finlandiya Prezidenti Sauli Niinistö Rusiya Prezidenti Vladimir Putinlə hokkey oynamasından danışıb.

APA “Vesti.ru”ya isitnadən xəbər verir ki, o, Vladimir Putini tərəfdaş hesab etmədiyini bəyan edib.

Ona Rusiya Prezidenti ilə 2012-ci ildə hokkey matçı zamanı çəkdirdiyi foto ilə bağlı sual verilib.

O, cavabında “2012-ci ildə mənim Rusiyaya ilk səfərim idi” deyib.

Finlandiya Prezidenti “La Repubblica” qəzetinin jurnalistinin "Putinlə yenidən hokkey oynayardınızmı?" sualına “Xeyr, bir daha oynamazdım” cavabını verib.

Eyni zamanda o, Rusiyanı tərəfdaş yox, sadəcə qonşu adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR