Finlandiya və İsveç Türkiyənin ekstradisiya ilə bağlı siyahı təqdim etmədiyini bildirib

Finlandiya və İsveç Türkiyənin ekstradisiya ilə bağlı siyahı təqdim etmədiyini bildirib
# 05 iyul 2022 14:47 (UTC +04:00)

Finlandiya və İsveç hökumətlərinə ekstradisiya ilə bağlı Türkiyə tərəfindən hər hansı xüsusi siyahı təqdim olunmayıb.

APA xəbər verir ki, bu barədə Finlandiya xarici işlər naziri Pekka Haavisto və İsveç xarici işlər naziri Ann Linde mətbuat konfransında deyib.

“Memorandumda ekstradisiya olunacaq şəxslər barədə hər hansı siyahı yoxdur. Lakin biz terrorla bağlı məsələlərdə daha yaxından işləyəcəyik, informasiya mübadiləsi istiqamətində əməkdaşlıq edəcəyik. Həmçinin bizim Madriddəki müzakirələrimizdə də hər hansı xüsusi siyahı və ya rəqəmlər müzakirə olunmayıb.

Bildiyim qədəri ilə hökumətimiz də hər hansı xüsusi siyahı almayıb”, - İsveç xarici işlər naziri bildirib.

Finlandiya xarici işlər naziri Haavisto da qeyd edib ki, ölkənin hökumətinə Türkiyə tərəfindən ekstradisiya olunması tələb olunan şəxslərlə bağlı hər hansı xüsusi siyahı təqdim olunmayıb.

“Ümumiyyətlə isə ölkədən çıxarılma və ekstradisiya ilə bağlı qərarlar bizim ölkəmizin qanunvericiliyinə və məhkəmə qərarlarına uyğun şəkildə veriləcək”, - Finlandiya xarici işlər naziri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR