Finlandiya və Ukrayna liderləri telefonla danışıb

Sauli Niinistö, Vladimir Zelenski

© APA | Sauli Niinistö, Vladimir Zelenski

# 12 may 2022 12:46 (UTC +04:00)

Finlandiya Prezidenti Sauli Niinistö və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub

APA xəbər verir ki, bu barədə Sauli Niinistö "Twitter"də bildirib.

“Mən Prezident Zelenski ilə danışdım və Finlandiyanın Ukraynaya qəti dəstəyini bir daha bəyan etdim. Mən ona Finlandiyanın NATO-ya üzvlük istiqamətində atdığı addımlar barədə məlumat verdim və o, aldığımız bu qərara tam dəstəyini ifadə etdi”, - Finlandiya Prezidenti deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR