Finlandiya XİN Türkiyəyə təşəkkür edib - FOTO

Finlandiya XİN Türkiyəyə təşəkkür edib - FOTO
# 31 mart 2023 05:59 (UTC +04:00)

Finlandiya Xarici İşlər Nazirliyi NATO-ya üzvlük protokolunun təsdiq üçün Türkiyəyə təşəkkür edib.

APA xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin "Twitter" hesabında paylaşım edilib.

Yazıda "Təşəkkür edirik! Finlandiyanın NATO-ya üzvlük protokolunu təsdiqləmə qərarına görə, Türkiyə Böyük Millət Məclisinə minnətdarıq". ifadələri yer alıb.

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto da "Twitter" hesabında proseslə bağlı məlumat verib və deyib:

"Bu gün 10 aydan çox davam edən işi geridə qoyduq. 17 may 2022-ci ildə NATO-ya üzvlük üçün müraciət etdik. İlk təsdiqlər Kanada və Danimarkadan alındı. Macarıstan təsdiqini sabah Vaşinqtona təqdim etməlidir. İndi Türkiyə Böyük Millət Məclis öz qərarını verdi. Tarixi günləri yaşayırıq”, - deyə paylaşımda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR