Fransada parlament seçkiləri keçirilir

Fransada parlament seçkiləri keçirilir
# 12 iyun 2022 08:56 (UTC +04:00)

Fransada Milli Assambleyaya seçkilərin birinci tutu keçirilir.

APA xəbər verir ki, səsvermə hüququ olan 48 milyon Fransa vətəndaşı parlamentin aşağı platasına 577 deputatı seçməlidir.

Səsvermə Fransanın əsas ərazisində 08.00-dan 20.00-dək keçiriləcək. Saat fərqinə görə Dənizaşırı ərazilərdə səsvermə dünən başa çatsa da, nəticələr bu axşam elan ediləcək.

Səsvermənin ikinci turu iyunun 19-na təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR