Fransanın ifrat sağçı partiyasına yeni lider seçilib

Fransanın ifrat sağçı partiyasına yeni lider seçilib
# 05 noyabr 2022 15:26 (UTC +04:00)

Fransanın ifrat sağçı "Milli Cəhbə" partiyasının yeni lideri seçilib.

APA DW-yə istinadən xəbər verir ki, 27 yaşlı Jordan Bardella uzun müddətdir partiyaya sədrlik edən Marin Le Penin yerinə seçilib.

Müvəqqəti partiya sədri vəzifəsini icra edən Bardella partiya üzvlərinin təxminən 85%-nin səsini toplayıb.

Onun bu vəzifə üçün rəqibi 15% səs toplayan Perpignan meri və Le Penin keçmiş ortağı Lui Aliot olub.

Xatırladaq ki, Le Pen builki seçkilərdə prezidentliyə uğursuz namizədliyi ərəfəsində partiya rəhbərliyindən istefa verib. 27 yaşlı Bardella Le Pen ailəsinin üzvü olmayan ilk partiya sədridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR