Gürcüstan Türkiyədən zirehli transportyorlar alır

Gürcüstan Türkiyədən zirehli transportyorlar alır
# 07 oktyabr 2022 11:18 (UTC +04:00)

Gürcüstan Türkiyədən NATO standartlarına uyğun yeni zirehli transportyorlar alır.

APA-nın yerli bürosu xəbər verir ki, məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, Türkiyə Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “ASFAT” şirkəti ilə imzalanmış müqaviləyə əsasən Gürcüstanın Müdafiə Qüvvələrinə NATO standartlarına uyğun yeni zirehli transportyorlar çatdırılacaq. Əlavə olunub ki, Gürcüstana təqdim ediləcək zirehli transportyorlar öz avadanlıqları və alt sistemləri ilə NATO standartlarına uyğun olacaq. Məlumatda vurğulanıb ki, Gürcüstan Müdafiə Qüvvələrinin sözügedən zirehli transportyorlarla təchiz edilməsi Gürcüstanın müdafiə qabiliyyətinin güclənməsinə, həmçinin Türkiyə ilə Gürcüstan arasında əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR